USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əhalisinin sayı nə qədərdir?

17.11.2023 Digər
0 0
Azərbaycan əhalisinin sayı açıqlanb.

Kommersant.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10168369 nəfər təşkil edib.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.