USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib

19.02.2026 Digər
0 0
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.

Bu barədə Trend-in sorğusuna əsasən, “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.