USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

22.11.2023 Digər
0 0
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Kommersant.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, rayonlarda noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.