USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2023-cü ilin sonuncu iş gününün - HAVA PROQNOZU

29.12.2023 Digər
0 0
Dekabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Kommersant.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Əvvəlki

    Bir sıra fərman və sərəncamlarda dəyişiklik edildi

Digər xəbərlər

20.02.2026 Digər
Sabah hava necə olacaq?
0 0
19.02.2026 Digər
Sabah hava necə olacaq?
0 0
19.02.2026 Digər
Bəzi ərazilərdə işıq olmayacaq
0 0