USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahın hava - PROQNOZU

12.02.2024 Digər
0 0
Sabah hava əsasən yağmursuz keçəcək.

Kommersant.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 11-16°olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz 8-13° olacaq.