USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yağış yağacaq, duman olacaq

21.02.2024 Digər
0 0
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 4-6° olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın regionlarında hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6°, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Əvvəlki

    “WhatsApp”dan məxfiliklə bağlı daha bir yenilik

Digər xəbərlər

03.10.2025 Digər
Sabah hava necə olacaq?
0 0
29.09.2025 Digər
Sabah yağış yağacaq
0 0
26.09.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0
25.09.2025 Digər
Sabah güclü külək əsəcək
0 0