USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"WhatsApp"da sərt qaydalar olacaq

27.01.2026 Digər
0 0
Avropa İttifaqı (Aİ) "Meta" şirkətinə məxsus "WhatsApp" tətbiqini daha sərt tələblərin tətbiq olunduğu "Çox böyük onlayn platforma" kateqoriyasına daxil edib.

Kommersant.az xəbər verir ki, bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb.

Bildirilib ki, "WhatsApp" Aİ ölkələrindəki istifadəçi sayı 45 milyon həddini keçib və bu səbəbdən tətbiq Rəqəmsal Xidmətlər Aktı çərçivəsində xüsusi nəzarət altına alınıb.

Açıqlamada qeyd olunub ki, "WhatsApp" həm özəl mesajlaşma, həm də onlayn platforma funksiyalarını birləşdirən hibrid xidmətdir. İstifadəçilərə məlumat, yenilik və elanların paylaşılmasına imkan verən "WhatsApp" kanalları funksiyası onlayn platforma anlayışına daxil edildiyindən tətbiq Aİ-də fəaliyyət göstərən platformalar üçün nəzərdə tutulan ümumi öhdəliklərə tabe olacaq.

  • Əvvəlki

    Bu şəxslər də icbari tibbi sığortadan yararlana biləcək

Digər xəbərlər

16.01.2026 Digər
Qar yağacaq, 20° şaxta olacaq
0 0
13.01.2026 Digər
Bu rayonlarda işıq kəsiləcək
0 0
09.01.2026 Digər
Sabah hava necə olacaq?
0 0