USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər də icbari tibbi sığortadan yararlana biləcək

27.01.2026 Digər
0 0
“Cəzaçəkmə müəssisələrində olan şəxslər də icbari tibbi sığortadan yararlana biləcək”.

Kommersant.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib: “Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.

Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb.

Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.

  • Əvvəlki

    Taksi sürücüləri üçün yaş limiti qadağası gəlir? - AÇIQLAMA

Digər xəbərlər

16.01.2026 Digər
Qar yağacaq, 20° şaxta olacaq
0 0
13.01.2026 Digər
Bu rayonlarda işıq kəsiləcək
0 0
09.01.2026 Digər
Sabah hava necə olacaq?
0 0