USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Eldar Əzizov ona yüksək vəzifə verdi

12.07.2019 Siyasət
1 0
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.

“Kommersant.az” Unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun əmri ilə Şahmalı Cavadov Bakı Lift Təmir İstehsalat Birliyi Baş direktorunun müavini təyin edilib.

Təyinat xəbərini Bakı Lift Təmir İstehsalat Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olarkən, Ş.Cavadov şəhər təsərrüfatı üzrə onun müavini olub. Həmçinin Qüdrət

Şükürov Bakı Lift İdarəsinin baş direktoru vəzifəsini icra edərkən öz müavini Ruslan Eyvaz oğlu Dilanovu işdən çıxarmışdı. O vaxtdan həmin vəzifə vakant idi.