USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub

26.09.2019 Siyasət
0 0
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüş zamanı nazirlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğunu vurğulayaraq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyini müzakirə ediblər.

Mövcud məsələləri müzakirə edən nazirlər Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya komissiyası çərçivəsində görüşlərin bərpa olunmasını və tərəflərin məsələni konstruktiv yanaşma yolu ilə həll etməyə hazır olduqlarını alqışlayıblar.

Görüşdə Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməmiş hissələrində ekspert qruplarının işi müsbət qiymətləndirilib.

Nazirlər beynəlxalq tranzit və enerji layihələrinin həyata keçirilməsində iki ölkənin əməkdaşlığını yüksək dəyərləndiriblər.

XİN başçıları həmçinin oktyabrda Tbilisidə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün təşkilati məsələlərini müzakirə ediblər.