USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçisi - TƏYİN OLUNUB

23.10.2019 Siyasət
1 0
Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib.

"Kommersant.az" xəbər verir ki, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.

***

10.03

Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçiləri vəzifəsindən azad edilib.

Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad olunub.

Baş Nazir Ə.Əsədovun digər sərəncamları ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifədən azad ediliblər.

Həmin vəzifələrə hələ ki yeni təyinat olmayıb. (APA)