USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu 30 deputat Parlament seçkilərində iştirak etməyəcək

09.01.2020 Siyasət
0 0
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.

9 fevral seçkilərində iştirak etməyəcək deputatlarla bağlı araşdırma aparıb.

İlk olaraq YAP-ın siyahısında adı açıqlanmayan deputatların siyahısını və onları əvəz edəcək namizədlərin adını təqdim edirik:

24 saylı Nizami birinci seçki dairəsi

Rövnəq İbrahim oğlu Abdullayevin (1965-ci il təvəllüdlü) əvəzinə Elnur Elşad oğlu Mustafayev.

27 saylı Sabunçu ikinci seçki dairəsi

Dilarə Məmmədağa qızı Cəbrayılova (1971) əvəzinə Əliabbas Qalib oğlu Salahzadə

29 saylı Səbail seçki dairəsi

Şəmsəddin Hümmət oğlu Hacıyev (1950) əvəzinə Aytən Arif qızı Hüseynova

32 saylı Suraxanı üçüncü seçki dairəsi

Ağacan Qulam oğlu Abıyevin (1937) əvəzinə Afət Əbil oğlu Həsənov

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

Xanlar Nuru oğlu Fətiyev (1972) əvəzinə Müşfiq Cəfər oğlu Cəfərov

41 saylı Sumqayıt birinci seçki dairəsi

Mirzəcan Mirzəmməd oğlu Xəlilov (1954) əvəzinə Hicran Kamran Hüseynova

54 saylı Şabran-Siyəzən seçki dairəsi

Tahir Süleyman oğlu Süleymanov (1948) əvəzinə Sadiq Haqverdi oğlu Qurbanov

56 saylı Xaçmaz kənd seçki dairəsi

İlham Əlisəftər oğlu Əliyev (1967) əvəzinə Kənan Zeynal oğlu Mərdanov

57 saylı Kürdəmir seçki dairəsi

Müslüm Mürsəl oğlu Məmmədov (1980) əvəzinə Nizami İsməli oğlu Qəribov

59 saylı Salyan seçki dairəsi

Əliağa İzzət oğlu Hüseynov (1946) əvəzinə Rəşad Əzizağa oğlu Hacıyev

61 saylı Neftçala seçki dairəsi

Arif Qafar oğlu Rəhimzadə (1941) əvəzinə Gültəkin Zakir qızı Sadıqova

63 saylı Sabirabad birinci seçki dairəsi

Elçin Bəybala oğlu Quliyev (1960) əvəzinə Kamal Xaqani oğlu Cəfərov

68 saylı Cəlilabad kənd seçki dairəsi

Mirkazım Məhəmməd oğlu Kazımov (1950) əvəzinə Elman Xudum oğlu Nəsirov

70 saylı Masallı şəhər seçki dairəsi

Nəriman Əlibaba oğlu Əliyev (1968) əvəzinə Məşhur Sadıq oğlu Məmmədov

79 saylı İmişli seçki dairəsi

Əsabil Qarakişi oğlu Qasımov (1955) əvəzinə Nazim Abdulrəhim oğlu Əzimov

84 saylı Füzuli seçki dairəsi

Bahar Əvəz qızı Muradova (1962) əvəzinə Svetlana Gəray qızı Məmmədova

99 saylı Şəmkir kənd seçki dairəsi

Sona Sakit qızı Əliyevanın (1980) əvəzinə Nurlan İrfan oğlu Həsənov

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi

Rafiq Musa oğlu Məmmədhəsənov (1945) əvəzinə Elnarə Səməndər qızı Məhərrəmova

113 saylı Şəki şəhər seçki dairəsi

Yaqub Mikayıl oğlu Mahmudov (1939) əvəzinə Vüqar Yapon oğlu İsgəndərov

123 saylı Kəlbəcər seçki dairəsi

Cavid Qənbər oğlu Qurbanov (1958) əvəzinə Aqil Sadiq oğlu Məmmədov.

YAP-ın siahısında əlavə bəzi bitərəf deputatların da seçkilərdə iştirak etməyəcəyi dəqiqləşib.

Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Flora Qasımova, Mahir Aslanov, Gövhər Baxşəliyevadır. Əflatun Amaşov isə son qərarını vermədiyini açıqlayıb.

Qeyd edək ki, deputat olmaq istəyən şəxslər sənədlərini yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.