Rusiyanın baş naziri təsdiqləndi

16.01.2020 Siyasət
Dövlət Duması Rusiya Prezidenti Vladimir Putinə Mixail Mişustinin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilməsinə razılıq verib.

"Kommersant.az" xəbər verir ki, Mişustinin namizədliyini plenar iclas zamanı prezidentin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx təqdim edib.

Mişustinin hökumət başçısı təyin edilməsini Dövlət Dumasının üç fraksiyasının – “Vahid Rusiya”, “Liberal Demokrat Partiyası” və “Ədalətli Rusiya” nümayəndələri dəstəkləyib.

Kommunist Partiyası fraksiyasının deputatları səs vermədə iştirak etməyiblər.