USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramiz Mehdiyevə yeni vəzifə verildi

31.01.2020 Siyasət
0 0
Nazirlər Kabineti "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

"Kommersant.az" xəbər verir ki, "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:

Şuranın sədri
Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Şuranın sədrinin müavini
Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Şuranın məsul katibi
Əminağa Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Şuranın üzvləri
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik
İbrahim Quliyev - Azərbaycan..Milli..Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik
Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik
Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik
Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik
Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini
Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru
Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru
Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri
İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, generalmayor, texnika elmləri doktoru
Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant
Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini
Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini
Rövşən Rüstəmov - "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini.

Nazirlər Kabinetinin digər qərarı ilə "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.