USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin şöbə müdiri seçkiyə görə işdən çıxıb - FOTO

03.02.2020 Siyasət
0 0
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov işdən çıxıb.

"Kommersant.az" xəbər verir ki, məlumata görə, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş N.Səfərov qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki işindən ayrılıb və məzuniyyətə çıxıb.

Hazırda onun vəzifəsini Səyyad Kərimov icra edir.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.