USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Onların hər ikisinin namizədliyi ləğv oluna bilər

04.02.2020 Siyasət
0 0
Deputatlığa bir namizədin digərini şirnikləndirmək cəhdinə dəlalət edən audioyazı ilə əlaqədar Dairə Seçki Komissiyasına müraciət etmək lazımdır. Ciddi qanun pozuntusu əlamətləri göz önündədir.

“Kommersant.az” xəbər verir ki, bu barədə Turan-a MSK-dakı mənbə anonim qalmaq şərtilə bloger Mehman Hüseynovun audioyazı yaymasını şərh edərkən bildirib.

Xatırladaq ki, bu yazıda onun parlament seçkilərində rəqibi, əvvəlki çağırış parlamentin deputatı Fərəc Quliyev seçkilərdən çəkilməsi üçün ona pul təklif edir.

Bundan başqa, cinayət tərkibi olduğuna görə iş prokurorluq tərəfindən araşdırılmalıdır. Eyni zamanda, mənbə bildirib ki, son nəticədə hər iki tərəfin qeydiyyatı ləğv oluna bilər, belə ki, hər iki tərəfin məsuliyyəti var.

Amma mənbə hansı addımların atılacağını əvvəlcədən deməkdən çəkinib.