Hər ikisi də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürmüş Qarabağ qazisi Kamil Musəvi ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanıb.
“Kommersant.az” xəbər verir ki, sakinlər içində üz-üzə gələn namizədlər aqressivlik nümayiş etdiriblər. Daha sonra isə ətrafdan fit səsləri yüksəlib, onlar bir-birindən uzaqlaşıblar.