USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra Hakimiyyətində kadr dəyişikliyi - Şöbə müdiri meriyadan getdi

12.02.2020 Siyasət
0 0
Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

"Kommersant.az" xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Hüquq və kadr məsələləri şöbəsinin müdiri İlqar Əlizadə yeni vəzifəyə təyinatla bağlı vəzifəsindən azad edilib. O, Mərkəzi Seçki Komissiyasında (MSK) Katiblik müdiri təyin edilib.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Hüquq və kadr məsələləri şöbəsinin müdirini Ramil Eyyub oğlu Qədimquliyev əvəz edir.

Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.