USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi - Açıqlama

13.02.2020 Siyasət
0 0
Bu gün Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarını elan edib. Avropa İnsan Haqları Məhməsi (AİHM) kemiş məhbuslar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə hökuməti cərimələyib.

"Kommersant.az" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Qiyas İbrahimli və Bayram Məmmədov AİHM-ə şikayətlərində iddia edirdilər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqları pozulub.

“İlk dəfə məhkəməyə qədər prosedur zamanı həbsin, axtarışın, işgəncənin ərizəçilərin ifadə azadlığına görə edildiyini tanıdı və dedi ki, Konvensiyanın 10-cu maddəsi pozulub. Ən sonda Məhkəmə Konvensiyanın 18-ci maddəsinin pozuntusunun olduğunu bir daha dedi. Bildirdi ki, insanları siyasi və pis məqsədlərlə həbs etmək, onlara işgəncə vermək olmaz”,-deyə Elçin Sadıqov bildirib.

Avropa Məhkəməsi keçmiş məhbuslar Qiyas İbrahimli və Bayram Məmmədova görə Azərbaycanı 72 min avro cərimələyib.

Qeyd edək ki, Bayram Məmmədov və Qiyas İbrahimli 2016-cı il mayın 10-da saxlanlmışdı. Rəsmi açıqlamada B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edidiyi, Q.İbrahimovdan isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilirdi.