USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Əli, Nuşirəvan, Vüqar triosu vətəndaş cəmiyyətinin qabına elə şey qoyublar ki..."

09.04.2020 Siyasət
0 0
Guya QHT-lər könüllü kimi koronavirus ilə bağlı dövlətimizin yanında olmalıdır. Çox gözəl!

İndi gedin e-icazə portalında QHT kimi qeydiyyatdan keçin ki, dövlətə insanlara yardım etmək üçün könüllü olasınız.

Cəhd etdinizmi?! Sizdən əmək müqaviləsi və nazirlər kabinetinin siyahısında olub-olmadığınızı soruşdular. Deyilmi?

QHT kimi kimin əmək müqaviləsi var? Qısa müddətdə layihəsi olanlardan başqa heç kimin...

Yaxud QHT Şurası ilə daimi və yaxından əməkdaşlıq edənlərin əmək müqaviləsi ola bilər.

Əli-Nuşirəvan-Vüqar triosu və onun icraçıları bu vətəndaş cəmiyyətinin qabına elə şey qoyublar ki, bundan sonra nə qədər islahat etsələr də çətin ki, bu sahə reanimasiya olunsun.

Əvəz Həsənov

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri