USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu deputatlar parlamentlərarası işçi qruplarına rəhbərlik edəcək - SİYAHI

23.04.2020 Siyasət
2 0
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə gətiriləcək bəzi deputatların adları müəyyənləşib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərovun, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupuna Səməd Seyidovun, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir.

İtaliya üzrə işçi qrupa Azər Kərimli, Fransa üzrə işçi qrupa Soltan Məmmədov, Türkiyə üzrə işçi qrupa Əhliman Əmiraslanov, Ukrayna üzrə işçi qrupa Rüfət Quliyev rəhbər gətiriləcək.

Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. /Modern.az