USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli məclisdə deputatlar mübahisə etdi - SON DƏQİQƏ

05.05.2020 Siyasət
0 0
“Yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər dövlətin hər şeyi gördüklərini bilməlidirlər”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının çıxışına cavab olaraq bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib: “Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”.

Musa Qasımlı Sabir Rüstəmxanlıya cavabında deyib ki, 25 ildir deputat həyatında bir seçicinin qapısını açmayan şəxsin seçicilərin adından danışması çox miskin görünür.