USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Parlament bu sazişlərdə dəyişiklik etdi

05.05.2020 Siyasət
0 0
Milli Məclisin bu gün keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

"Kommersant.az"-ın Modern.az-a istinadən məlumatına görə, qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.