USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis komitələrinin birgə iclası keçirilib

06.05.2020 Siyasət
0 0
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib.

"Kommersant.az"-ın məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib.

Müzakirələrdən sonra məsələlər Milli Məclisə tövsiyə edilib.