USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fazil Məmmədovun kürəkəni İngiltərədə bina aldı - FOTOLAR

03.08.2020 Siyasət
0 0
Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottingham şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində (əlavə dəyər vergisi 2 milyon dollar ekvivalentində olan məbləğə daxil deyil) binanı satın alıb.

Nottinghamın NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında NovaLoca əmlak agentliyi vasitəsilə satışa təqdim edilib. Əmlak agentliynin saytında (https://www.novaloca.com/…/for-sale/n…/50-52-long-row/178331) satışla bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir.
İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus "NOAP PROPERTIES LIMITED" şirkəti Dartforddakı The Bridging Group Limited maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb.

"NOAP PROPERTIES LIMITED" 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub.