USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Deputatlar ora necə düşübsə, Erkin Qədirli də aşağı yuxarı onlar kimi düşüb"

03.08.2020 Siyasət
0 0
Əvvəlcədən deyim ki, bu yazının ReAla və onun sədri İlqar Məmmədova heç bir aidiyyəti yoxdur, onlardan yazmamaq barədə sözümü çətinliklə də olsa tutmağa çalışıram.

Əslində çox istərdim ki, Erkinin ümumiyyətlə dediyim nəsnələrə aidiyyəti olmasın, bu onun özü üçün də cəmiyyət üşün də faydalı olardı. Bu yazı son bir neşə günün ən çox danışılan mövzularından birinə Erkin Qədirlinin facebokada maliyyə hesabatı verməsinə həsr olunub.

Əminəm ki, bu Erkinin öz təşəbbüsüdür, daxildən, səmimiyyətdən gələn bir hərəkətdir. Axır ki, sözün yaxşı mənasında gündəm yarada bildi. Onun bu hərəkəti alqışa və deputatlar arasında ilk olmaqla təqdirə layiqdir. Erkini sevməyə bilərik, amma onun haqqına da girməyək.

Erkini tənqid edənlər, yaxşı olardı ki, bunun əvəzinə onun hərəkətindən faydalansınlar. Bəziləri bu tənqidi, əslində bu gözgötürməzlik və paxıllıqdır, Erkinin Milli Məclisə heç də qanuni olmayan yollarla düşdüyü ilə əsaslandırmağa çalışırlar. Sirr deyil ki, indiki vəziyyətdə qanuni yolla məclisə düşmək qeyri-mümkündür. Məclisdəkilərin hamısı ora necə düşübsə , Erkin müəllim də aşağı yuxarı onlar kimi düşüb.

Burda bir haşiyə şıxım. Vaxtı ilə hüquq fakültəsinə necə düşməyim barədə o vaxta kimi tək-tük adamın bildiyini ictimailəşdirdim, bu barədə KİV-lərə danışmışam və yazmışam. Amma hüquqda necə oxuduğum heç kim üçün sirr deyil, ən azı facebokada bunu bilən çoxlu sayda adamlar var. Prokurorluqda və vəkillikdə fəaliyyətim barədə də kifayət qədər məlumatlısınız, məlumatlı olmayanların nə sualı və iradı varsa söyləyib cavab ala bilər. Bunu ona görə deyirəm ki, Erkinin Məclisə necə düşməsini unudub onun deputat kimi fəaliyyəti üzərində fokuslanmaq lazımdır. Bu mənada Erkinin maliyyə hesabatı deputatlıq dövrünün hələ ki, ən uğurlu adımı hesab oluna bilər.

Şəxsi nümunə ən gözəl örnəkdir. Erkinin nümunəsindən istifadə edərək qalan deputatlardan da, vəzifə sahiblərindən də belə hesabat tələb etmək olar. Erkin bu addımı ilə özünün sorğulama imkanlarının dairəsini genişləndirmişoldu. İndi alnı-açıq, üzü ağ utanıb-çəkinmədən vəzifəyə Milli Məclis tərəfindən təyin və təsdiq olunan vəzifəli şəxslərdən, təəssüf ki, onun lehinə səs verdiyi baş prokuror, hakimlər, Mərkəzi Bankın sədri keşmişdə qaldılar, bundan sonrakılardan maliyyə hesabatı təqdim etmələrini tələb edə bilər. 2005-ci ildə qəbul edilmiş vəzifəli şəxslərin gəlirlərini bəyan etməsi barədə qanunun niyə indiyə kimi işləməməsini araşdıra və bunu Milli Məclisin müzakirəsinə çıxara bilər.

Razıyam ki, mız qoymağı hamımız gözəl bacarırıq, indi bizdən tələb olunan yersiz iradlarımızla, boşboğaz tənqidlərlə Erkin müəllimi həvəsdən salmaq yox, əksinə onu, mümkün olarsa digər təyin olunmuş deputatları da belə proqressiv təşəbbüs göstərməyə həvəsləndirmək, faydalı təşəbbüslərində və gördükləri işlərdə yardımçı olmaq və yeni ideyalar verməkdir.
İdeya demişkən, Erkin müəllimin bəyəndiyim son statusunda(link çərh bölümündə) ən şox xoşuma gələn “ yaxşı işlər yavaş-yavaş görülür” və “ tələsən yerimiz yoxdur” cümlələrinin olmamasıdır. Erkin müəllim, bunların yerinə “ Mən deməsəm, kim deyəcək” və “Sonra geç olacaq” prinsipi ilə hərəkət edin.

Adil İsmayılov

Tanınmış vəkil