USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident AzTV-yə müsahibə verdi - FOTOLAR

10.08.2020 Siyasət
1 0
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

"Kommersant.az"-ın xəbərinə görə, müsahibənin bu gün yayımlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.(Report)