USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı general qubernatoru olub”

31.08.2020 Siyasət
0 0
“Mənə elə gəlir ki, bu gün də cəmiyyət olaraq Ramiz Mehdiyevin kim olduğunu bilmirik. O, qoymadı bu ölkədə ziyalı olsun, didərgin saldı, onları çərlətdi, öldürdü. Sizi əmin edirəm ki, Ramiz Mehdiyevin səsi hələ çox çıxacaq”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra torpaqların işğal edilməsi Rusiyanın Əliyevi vəzifədən uzaqlaşdırmağa yönəlik addımı idi: “Rusiyanın xeyli şərtləri var idi. Rus qoşunlarının geri qaytarılması da bura daxil idi. Şərtlərdən biri də Ramiz Mehdiyevi vəzifəyə yerləşdirmək idi. Ramiz Mehdiyevlə Primakov bacanaqdırlar. Bunu da araşdırsınlar. Heydər Əliyev torpaqların işğalını dayandırmaq üçün məcburən vəzifəyə təyin etdi. Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı general qubernatoru olub. Nə Heydər Əliyev, nə də İlham Əliyev Ramiz Mehdiyevlə hesablaşmamış qərar qəbul edə bilməzdilər. Bunu bilin. Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan sonra demişdim ki, bizi çox qızğın payız gözləyir. Ramiz Mehdiyev komandası-pusquda duran məmur-oliqarxlar və Milli Şura birləşəcəklər. Əli Kərimli açıq-aşkar Ramiz Mehdiyevi müdafiə edir”.