USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Siyavuş Novruzovla bağlı - AÇIQLAMA

03.09.2020 Siyasət
0 0
Deputat Siyavuş Novruzovun karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı, İntizam Komissiyasının üzvü Fəzail Ağamalı deyib. Deputat bildirib ki, məlum faktlarla bağlı komissiyaya şikayət daxil olsa, araşdırılacaq: “Parlament sentyabrın 15-də məzuniyyətdən qayıdacaq. Biz komitələr səviyyəsində işə çıxacağıq. Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb”.

Deputat qeyd edib ki, Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olsa, bu barədə mətbuata məlumat veriləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Siyavuş Novruzova məlum toyda iştirak etməsinə görə töhmət verib. Bundan əlavə deputat həm də partiyanın icra katibinin müavini vəzifəsindən istefa verib.Qaynarinfo