USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Millət vəkili: “Əminliklə deyirəm ki, böyük qələbə günü uzaqda deyil”

22.09.2020 Siyasət
0 0
"Reallıq bundan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bıçağın sümüyə dirəndiyini bildirib:

"Dövlət sərhədimizin Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub, 1 əsgərimiz yaralanıb.
BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın təxribat xarakterli bu kimi əməlləri onun iç üzünü aşıq-aşkar göstərir. Əslində, ölkəmizin bir şərti var: işğalçılar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdır. Artıq bıçaq sümüyə dirənib. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Reallıq isə bundan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların qüvvələrinin təmas xəttinə yaxın cəmləşməsi baş verir”.

Deputat bütün bunlara baxmayaraq, yüksək döyüş əzmində olan Azərbaycan Ordusunun torpaqları azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadir olduğunu vurğulayıb:

"Ordumuzun hərbi hazırlığına və döyüş əzminə, vətəndaşlarımızın yüksək vətənpərvərlik və milli birlik hissinə güvənərək əminliklə qeyd edirəm ki, böyük qələbə günü uzaqda deyil”.

qaynarinfo