USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşinyanın yeganə çıxış yolu özünü asmasıdır” - Siyavuş Novruzov

04.11.2020 Siyasət
0 0
Son 17 il ərzində Azəbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti həyata keçirilir, cənab Prezident İlham Əliyev bu siyasəti daha geniş və əhatəli şəkildə icra edir. Bu siyasi kurs mühüm ardıcıllıq qorunmaqla təmin edilib. Bütün sahələrdə olduğu kimi ordu quruculuğu ilə bağlı məsələlər də çox dəqiqliklə icra olunub.

Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov bildirb.

Onun fikrincə, zəruri məqamlarda ordunun bütün təchizatı həll edilməsəydi, bugünkü qələbələrimizi təmin etmək mümkün olmazdı.

Deputat qeyd edib ki, ölkəmizdə bütün sahələrdə islahatlar paralel və ardıcıllıqla həyata keçirilib: “Ölkənin iqtisadi dayaqları möhkəmləndirildi, regionların inkişafı üçün 4 proqram icra edildi. Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu durmadan artmağa başladı. Bir zamanlar Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirə edilərkən 20-yaxın ölkə bizə dəstək olmuşdu. Bu gün isə Azərbaycanla bağlı hər hansı məsələ BMT gündəliyinə çıxarılarkən 130-dan artıq dövlət bizə açıq dəstəyini ifadə edir.

Ölkə daxilində, dövlət strukturlarında həyata keçirilən islahatlar, yeni düşüncəli insanların idarəetməyə cəlb olunması mövcud reallığı şərtləndirən amillərdəndir. Azərbaycan məhz indi özünün ən həssas, prinsipial problemini həll edir. Ali Baş Komandanın rəhbərliyi və xalqımızın ümumi birliyi sayəsində bu gün Ordumuz işğalda qalan ərazilərimizi azad edir”.

Siyavuş Novruzovun sözlərinə, Azərbaycanın qüdrəti qarşısında işğalçı Ermənistan olduqca aciz və çıxılmaz durumda qalıb: “Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın müstəqil dövlət olmadığını bir daha sübut etdi. “Güclü” erməni ordusu haqqında mif dağıdıldı. Eyni zamanda kimlərinsə Ermənistanı qoruyur və qoruyacaq kimi yanaşmaları da alt-üst oldu. İndi isə Paşinyanın məğlub erməni ordusu və cəmiyyəti qarşısında yeganə çıxış yolu özünü asmasıdır. Bundan başqa onun çıxış yolu yoxdur”.

Deputatın zənnincə, faşizm liderini özünə kumir seçən Paşinyanın onun qədər cəsarətli olmayacağı da hər kəsə bəllidir: “O qorxaq küçə adamıdır. Görünür, Paşinyan hind kinolarına çox baxıb. Özünü həmin obrazlardakı artistlərə bənzədir. Hətta o, daha çox özünü Adolf Hitlerə oxşatmağa çalışır. Hitler kimi əsgərlər qarşısında çıxışlarında Paşinyan az qala yaxasını-başını cırmağa cəhd edir. Bu mövzuda kinolara da çox baxıb. Amma hazırda oynamağa çalışdığı rolları pis ifa edir. O, heç Hitler də ola bilməz. Çünki nə istədiyini heç özü də bilmir. Bu gün sülhdən danışır, sabah müharibə deyir. Bir vaxtlar o jurnalist olsa da siyasi prosesləri belə qiymətləndirə bilmir. Azərbaycanda elə jurnalistlər var ki, Paşinyanı çaya susuz aparıb, susuz da gətirər. Sadəcə olaraq Soros fondu onu dartıb gətirib. O hələ dövlət, idarəçilik, ordu haqqında heç nə bilmir. Son günlər artıq rus kanalları da Paşinyanı məsxərəyə qoyur”.Teleqraf