USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hikmət Hacıyev: "Onlar geosiyasi oyunları darmadağın etdilər”

11.11.2020 Siyasət
0 0
"Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər.

"Kommersant.az" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

“Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”-deyə, o bildirib.