USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyanın saatını oğurlayanlar tutuldu

13.11.2020 Siyasət
0 0
Ermənistanın Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da etiraz aksiyaları zamanı baş nazir Nikol Paşinyanın iqamətgahından bir sıra əşya və sənədlər oğurlayan 3 nəfər şəxsi saxlayıb.

"Kommersant.az"-ın məlumatına görə, oğurlanmış əşyalar həmin şəxslərin üzərində tapılıb.

Onlar öz əməllərini etiraf ediblər.

Qeyd edək ki, noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Yerevanda etiraz aksiyaları başlayıb.

Bir qrup etirazçı Nikol Paşinyanın iqamətgahına daxil olaraq oradan kompüter, saat, ətir, sürücülük vəsiqəsi, hərbi bilet və digər əşyalar oğurlayıb.