USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya, ABŞ və Fransa diplomatları Qarabağı müzakirə edəcəklər

18.11.2020 Siyasət
0 0
ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Moskvada olacaqlar.

"Kommersant.az"ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Fransa nümayəndələrinin noyabrın 18-i Dağlıq Qarabağ üzrə görüş üçün Moskvaya səfəri ilə bağlı məlumatları şərh edərkən "TASS"a bildirib.

M.Zaxarova deyib: "Bəli, təsdiqləyirəm".

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun nümayəndələrinin Moskvada bu həftə görüşünün baş tutacağını bildirmişdi.