USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşinyanın hakimiyyətdə qalması bizə sərf edir” - Tahir Kərimli

20.11.2020 Siyasət
0 0
Nəyin baş verməsindən asılı olmayaraq Nikol Paşinyan məğlub ölkənin dövlət başçısı kimi qəbul edilir və ona bəraət olmayacaq. Amma indi Ermənistanın problemi ondadır ki, Paşinyanı əvəz edən, onun səlahiyyətlərini həyata keçirmək iqtidarında olan siyasətçi də yoxdur.

Bu fikirləri deputat Tahir Kərimli Ermənistanda baş verən qızğın siyasi proseslər haqqında danışarkən deyib.

T. Kərimli qeyd edib ki, hazırda İrəvanda müxalifət ciddi aksiyalar keçirir, Paşinyanın istefasına çalışırlar: “Müxalifət hətta keçid hökuməti yaratmağa hazırdır. Amma keçid hökumətinə kimin başçılıq etməsi məsələsinə dair qərarları yoxdur. Bir sözlə, orada əsl qarmaqarışıqlıq hökm sürür”.

Deputatın qənaətincə, Ermənistanda siyasi, iqtisadi böhranların olması, qarşıdurmaların kəskinləşməsi və hətta vətəndaş müharibəsinin yaşanmasının Azərbaycana hər hansı bir təsiri olmayacaq: “Hələlik Rusiya maraqlıdır ki, Nikol Paşinyan azı dekabrın 1-nə qədər hakimiyyətdə qala bilsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Başqa sözlə, erməni ordusunun bizim torpaqlarımızdan çıxarılması və rayonlarımızın boşaldılmasını həyata keçirsin. Açığı, bu bizə də sərf edir. Torpaqlarımızı qaytarsınlar. Sonra nə istəyirlər etsinlər, arzulayırlarsa bir-birinə silah çəksinlər”.Teleqraf

  • Əvvəlki

    İsa Qəmbər: “Hikmət Hacızadənin komada olması çox ağırdır”

Digər xəbərlər