Pentaqon Qarabağ bəyanatına münasibət bildirdi

25.11.2020 Siyasət
"Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli bəyanatının nəticəsinə əsasən nail olunmuş Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında razılaşmalara hazırda riayət edilir və Amerika tərəfi hadisələrin belə inkişafını alqışlayır".

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Xoşbəxtlikdən deyə bilərəm ki, indi Azərbaycan və Ermənistan arasında göründüyü kimi, bu mərhələdə riayət edilən sülh razılaşması var", - o deyib.Report