USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub”

26.11.2020 Siyasət
0 0
“Bildiyiniz kimi, dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və Azərbaycana qarşı qərəzli sənəd qəbul edilib”.

"Kommersant.az"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib: “Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb”.