USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışdı

29.12.2020 Siyasət
0 0
Bu ilin 28 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.