USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan hökuməti 2021-ci ildə iqtisadi artımın bərpa edilməsinə nail olmaq niyyətindədir

26.01.2021 Siyasət
0 0
Azərbaycanda işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır.

"Kommersant.az" xəbər verir ki,Bu barədə baş nazir Əli Əsədov məlumat verib.

“Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək”, - deyə o, bu gün Nazirlər Kabinetinin iclasında bildirib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlərə toxunan baş nazir qeyd edib ki, cari il üçün müəyyənləşdirilmiş prioritetlər bunlardır: Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanması; heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişaf etdirilməsi; torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarların işlənib hazırlanması; müasir suvarma sistemlərinin yaradılması; su elektrik stansiyalarının tikintisi imkanlarının öyrənilməsi.

“Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır. Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir”, - deyə Ə.Əsədov əlavə edib.

Onun sözlərinə görə, 2021-ci il üçün müəyyənləşdirilmiş prioritetlərə, həmçinin antikorrupsiya tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsi, iqtisadi artımın bərpa edilməsi, inflyasiya meyllərinin qarşısının alınması, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi, dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi, özəl sektorun investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb edilməsi, prioritet sahələrə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılması, antiinhisar siyasətin gücləndirilməsi və ixrac imkanlarının genişləndirilməsi daxildir.

Baş nazir qeyd edib ki, keçən il start verilmiş, lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir.

Bundan başqa, o, 2021-ci ildə kiçik və orta sahibkarlığa dəstək proqramının davam etdirilməsinin vacibliyini diqqətə çatdırır.