Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna direktor təyinatı olub.
"Kommersant.az"ın əldə etdiyi məlumata görə, bu vəzifəyə professor Kərim Şükürov təyin olunub.
1956-cı il təvəllüdlü K.Şükürov eyni zamanda institutun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiridir. Məlumata görə, K.Şükürov direktor vəzifəsi ilə yanaşı, şöbə müdiri kimi də fəaliyyətini davam etdirəcək.
Xatırladaq: Bundan əvvəl Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov olub. Y.Mahmudov bir neçə gün öncə institutun direktoru vəzifəsindən azad edilərək AMEA prezidentinin müşaviri təyin edilib.
Qeyd: Bu vəzifəyə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təyin ediləcəyi iddia olunurdu.