USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ay hökumət deputatlara hesabat verəcək

01.03.2021 Siyasət
0 0
Bu ay Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verməsi gözlənilir.

Bu barədə “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanununa istinadən xəbər verir.

Həmin konstitusiya qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında özünün fəaliyyəti haqqında hesabat verir.

Bu, bir qayda olaraq mart ayına təsadüf edir. Ötən il isə Nazirlər Kabineti pandemiya səbəbindən aprel ayında hesabat vermişdi.

Hesabatı baş nazir təqdim edir.