USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayram Səfərov festivalda yatdı - FOTO

14.05.2021 Siyasət
0 0
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Xarıbülbül” musiqi festivalını izləyərkən yuxuya gedib.

"Kommersant.az"ın xəbərinə görə, B.Səfərovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd olunub ki, icra başçısı 2018-ci ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya gedib.

B.Səfərovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.