USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Niyaz Niftiyevi niyə həbsdə saxlayırsız?” - Sabir Rüstəmxanlı

21.05.2021 Siyasət
0 0
Deputat Sabir Rüstəmxanlı tanınmış jurnalist Niyaz Niftiyevin həbsxanada saxlanılmasına etiraz edib.

"Kommersant.az"ın xəbərinə görə, deputat bildirib ki, bələdiyyə sədri seçilən Niftiyevi guya rüşvət almaqda ittiham edərək həbs ediblər:

“ O, 1 il 3 aydır ki, həbsdə saxlanılır. Jurnalistdir, keçdiyi yola hörmət etmək lazımdır. Oğlu əsgərlikdədir, anası xəstədir. Haqqında hələ də hökm çıxarılmayıb. Bəs onda niyə həbsdə saxlayırsınız?”