USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabiq icra başçısına vəzifə verildi

02.09.2021 Siyasət
0 0
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev Dairə Seçki Komissiyasının sədri vəzifəsinə seçilib.

“Kommersant.az” xəbər verir ki, o, 20 saylı Nərimanov ikinici Dairə Seçki Komissiyasına rəhbərlik edəcək.

Musa Musayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, YAP-ın etimadını doğruldacaq.

Qeyd edək ki, Musa Musayev 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olub. Keçmiş deputat YAP-ın qurucu üzvlərindəndir.