USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

27.09.2021 Siyasət
0 0
"Keçən il dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anmı Günü kimi təsis edilib”.

“Kommersant.az” xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik: "Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq: "Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərinin birinci İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq”.