USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə media və sosial şəbəkələrlə bağlı dinləmə keçiriləcək

24.01.2022 Siyasət
0 0
Milli Məclisdə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə dinləmə keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, komitədə sessiya müddətində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələr təşkil ediləcək, diffamasiya ilə bağlı məsələlər müzakirə ediləcək.

Eyni zamanda sessiya müddətində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi komitənin iş planına daxil edilib.