USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis yeni parlamentlərarası işçi qrupu yaradıb

17.06.2022 Siyasət
0 0
Milli Məclis parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb.

Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması və qrupa deputat Hikmət Məmmədovun sədr təyin edilməsi təklif edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.