USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna Rusiyanı Avropa Məhkəməsinə verdi

24.06.2022 Siyasət
0 0
Ukrayna Ədliyyə Nazirliyi hərbi əməliyyatla bağlı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı iddia qaldırıb.

Bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.

“İddiada Ukrayna Rusiya hakimiyyətini Avropa İnsan Haqları Konvensiyasını pozmaqda ittiham edir. Bu iddianın tərkib hissəsi kimi Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərərçəkmiş tərəflərə pul təzminatının verilməsini tələb edir”, – deyə, Malyuska əlavə edib.