USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çexiyada prezident seçkilərinin vaxtı açıqlanıb

27.06.2022 Siyasət
0 0
Çexiyada prezident seçkilərinin birinci turu 2023-cü ilin yanvarın 13-14-də keçiriləcək.

Bu barədə Senatın sədri Miloş Vıstrçil bəyan edib.

Birinci turda qalibin müəyyənləşməyəci təqdirdə yanvarın 27-28-də seçkilərin ikinci turu nəzərdə tutulub.

Qeyd olunur ki, hazırda seçkilərdə iştirak etmək üçün 15 nəfər müraciət edib. Yerli mütəxəssislər silahlı qüvvələrin generalı, NATO strukturlarında işləmiş Peter Paveli seçkilərdə favorit görür.

Çexiyanın hazırkı prezideni Miloş Zemanın səlahiyyət müddəti 2023-cü ilin martında başa çatacaq.