USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident sərəncam imzaladı, üç hakimin səlahiyyətinə xitam verildi

30.06.2022 Siyasət
0 0
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.